iyn
2023
12:24
181

Güclü külək və leysan Şəkidə ciddi fəsadlar törətdi - FOTOLAR

7 iyn, 2023
12:24
181

Güclü külək və leysan Şəkidə ciddi fəsadlar törətdi - FOTOLAR

Güclü külək və leysan regionlarda ciddi fəsadlar törədib.

Den.az-a daxil olan məlumata görə, şiddətli yağış və külək Şəki şəhərinə də ziyan vurub.

Belə ki, şəhərin Sabit Rəhman küçəsində yerləşən bəzi binaların dam örtüyü dağılıb, təxminən 10-a yaxın avtomobilə ciddi ziyan dəyib.

Ən çox ziyanı isə 5-ci mərtəbədə yaşayan sakinlər görüb. Binanın dam örtüyünün uçması və intensiv yağışların yağması sakinlərin evlərini su basması ilə nəticələnib.

Bundan başqa şəhərin Paşa Əliyev küçəsində də güclü yağış fəsadsız ötüşməyib. Belə ki, irigövdəli ağacın ticarət obyektlərinin üzərinə aşması nəticəsində sözügedən sənətkarlıq obyektlərinin dam örtüyü uçub.

Xatırladaq ki, Şəkidə 3 gündür leysan və güclü külək davam edir. Qeyri-sabit hava şəraiti Şəki də daxil olmaqla bir sıra rayonlarda dağıntılara səbəb olub.

Hadisə ilə əlaqədar fotoları təqdim edirik:






Bizimlə əlaqə saxlayın

Çox oxunanlar