iyn
2023
13:46
155

Azad edilmiş ərazilərə qayıdacaq şəxslərin nəzərinə

7 iyn, 2023
13:46
155

Azad edilmiş ərazilərə qayıdacaq şəxslərin nəzərinə

İşğaldan azad edilmiş ərazilərə qayıdacaq 6 minə yaxın vətəndaş ixtisasartırma və təlimlərə cəlb ediləcək.

Den.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini icra edən, direktor müavini Ceyhun Kərəmov media nümayəndələri ilə görüşdə deyib.

O bildirib ki, bu istiqamətdə konkret planlar var:

“Həmin şəxslər köçənə qədər ixtisaslarını artıracaq, həmçinin müvafiq sertifikat alacaqlar. 5000 nəfər qısamüddətli təlimə, 1000 nəfər isə qısamüddətli ixtisasartırma təliminə cəlb olunacaq”.

O həmçinin əlavə edib ki, peşə təhsilində tələbələrin böyük hissəsi dövlət hesabına təhsil alır:

“Dövlət vətəndaşın hansısa bir peşəyə sahib olmasında maraqlıdır. Bu, dövlət siyasətinin tərkib hissəsidir və ildən-ilə dövlət sifarişli yerlərin sayı daha da artırılacaq”.//APA

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar