Xəbərin Kateqoriyası: Xəbərlər

Qazaxda ağır qəza: 1 ölü və 12 yaralı

 

Qazaxda avtobus və minik avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Qazax rayonu ərazisində “Mercedes” markalı sərnişin avtobusu və “Mercedes” markalı minik avtomobili toqquşub.

Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. 

Qəza nəticəsində minik avtomobilin sürücüsü, 1950-ci il təvəllüdlü Orucov Ziyalı Zahid oğlu hadisə yerində ölüb. 

Avtobusun sürücüsü və 12 nəfər sərnişin müxtəlif xəsarətlərlə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları tərəfindən xəstəxanaya aparılıb. 

Əməliyyat başa çatıb.

скачать dle 11.1смотреть фильмы бесплатно

Oxşar Xəbərlər

Rəylər


Ad:*
E-Mail:
Təhlükəsizlik kodunu daxil edin: *
Okunamayan kodu yenilemek üçün şəklin üstüne tıklayınız