20 
may
2023
20:20
401

NOVXANI BAĞLARINDA SAKİNLƏR SUSUZ QALIB…

20 may, 2023
20:20
401

NOVXANI BAĞLARINDA SAKİNLƏR SUSUZ QALIB…







Su xətti yox. İçməli su sanki qeybə çəkilib. Sakinlər əllərində xüsusi qablarla kilometrlərlə su daşıyırlar . Abşeron rayonun Novxanı bağlar yaşayış massivinin Salatın Əsgərova küçəsində 100 dən çox ailə susuz qalıb. İçməli suyu öz vəsaitləri hesabına yalnız xüsusi avtomobillərə 40-50 manat ödəməklə əldə edirlər. Sakinlərin sözlərinə görə, ölülərinin üstünə belə su tapmırlar. Yalnız ərazidə bir şəhid bulağı var ki, orada yalnız iki gündən bir su verilir.

Azərsu ASC-nin Bağlar Su Kanal idarəsinin rəis müavini Rəşadət Rəhimov Den.az saytına bildirib ki, həmin ərazidə infrastrukdur olmasada, ancaq problemdən xəbərləri var . Onun sözlərinə görə, həmin ərazidə su xətti yoxdur. İnfrastruktur hələ qurulmayıb. Bəzi yerlərdə sakinlər kustar üsulla özlərinə xətlər çəkiblər. Ancaq bu problem çox qısa vaxt ərzində öz həllini tapacaq. 100 dən ailənin yaşadığı massivə yeni su xəti bu il çəkilməsi nəzərdə tutulub. Artıq yeni layihə də hazırdır.

Nizami Rəsulov

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar