iyn
2023
12:41
147

Quru sərhədlər nə vaxt AÇILACAQ? - Deputat anonsu VERDİ

8 iyn, 2023
12:41
147

Quru sərhədlər nə vaxt AÇILACAQ? - Deputat anonsu VERDİ

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qərarına əsasən COVID-19 pandemiyasına rəsmən son verilib. Bəzi ölkələr 2022-ci ildən quru sərhədlərini tam açsa da, Azərbaycanda isə vəziyyət fərqlidir. Pandemiya rəsmən bitsə də, quru sərhədlər hələ də bağlı qalmaqdadır.

Den.az xəbər verir ki, Azərbaycanda quru sərhədlərin bağlanması ilə bağlı qərarın  nə vaxt ləğv olunacağını ilə bağlı deputat Razı Nurullayev AZXEBER.COM-a açıqlama verib: "Quru sərhədlərinin açılması ilə bağlı dəqiq tarix deyə bilmərəm. Ancaq Ümumidünya Səhiyyə Təşkilatınının da pandemiyanın bitdiyini elan etdiyinə görə yəqin ki, Nazirlər Kabineti xüsusi pandemiya şəraitinin uzadılması ilə bağlı qərarını dəyişəcək. Ola bilsin ki, iyulun 1-dən sonra quru sərhədləri açılsın”.

Razi Nurullayev bildirib ki, quru sərhədlərinin bağlı olması yanlız pandemiya şəraiti ilə bağlı deyil.

"Artıq virusa yoluxma səviyyəsi çox aşağıdır. Quru sərhədlərinin bağlı qalması yanlız bu səbəbdən ola bilməz. Azərbaycanın üzərinə gələn ölkələr var. Azərbaycanla müharibə təhlükəsi bitməyib.  Cənub qonşumuzdan Azərbaycana qarşı çox ciddi təhdidlər var. Həm də bu təhdid şimaldan da gələ bilər. Quru sərhədlərinin açıq qalması diversantların, Azərbaycanda siyasi sabitliyi pozmaq istəyən, terror aktı törətmək istəyənlərin də ölkəyə gəlişini asanlaşdırar. Azərbaycan vətəndaşlarının təhlükəsizliyini, dövlətimizin  bütövlüyü və suvereliyini qorumaq üçün də quru sərhədlərinin bu günə qədər  
bağlı qalması vacib idi. Bundan sonrakı mərhələdə ümid edirəm ki, bu təhlükələr aradan qalxacaq”. 

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar