iyn
2023
13:53
188

Rus bölməsində oxumaq istəyən şagirdlərə verilən bu sual valideynləri AYAĞA QALDIRDI - ETİRAZ

8 iyn, 2023
13:53
188

Rus bölməsində oxumaq istəyən şagirdlərə verilən bu sual valideynləri AYAĞA QALDIRDI - ETİRAZ

Valideynlər orta məktəblərin rus bölməsinə qəbul üçün uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarını yoxlamaq məqsədilə keçirilən müsahibədən narazıdırlar. Sözügedən müsahibədə iştirak edən şagirdlərin valideynləri müsahibə üçün tərtib olunan sualların 6 yaşlı uşaqların cavab verə biləcəyi səviyyədə olmadığını bildirir. Sosial şəbəkələrdə yüzlərlə valideyn sualların mürəkkəb olmasından gileylənib. 

Onlar müsahibənin azyaşlılar üçün deyil, sanki 11-ci sinif şagirdləri üçün nəzərdə tutulduğunu söyləyir. Məsələn: rus bölməsinə qəbulla bağlı təşkil olunan müsahibədə şagirdlərə ən isti və ən soyuq planeti müəyyən etmək tapşırılıb. Bir sözlə, valideynlərin sözlərinə görə, 6-7 yaşlı uşaqlara rus dilindən başqa hər sahəyə aid suallar verilir.

Den.az
xəbər verir ki, mövzu ilə bağlı News24.az-a danışan təhsil eksperti Elşən Qafarov deyir ki, müsahibədə şagirdlərin ünsiyyət və həmin dildə tədris ala bilmə bacarığı yoxlanılmalıdır: 

“Hazırda Azərbaycanda 4 432 məktəbin 329-da rus bölməsi fəaliyyət göstərir. Həmin bölmədə təhsil almaq istəyən şagirdlər Elm və Təhsil Nazirliyinin müəyyən etdiyi müsahibədən keçirlər. Sözügedən müsahibələrdə isə elmi suallar verilmir. Həmin şagirdlərin ünsiyyət qabiliyyəti, rus dilində tədris ala bilmə bacarığı yoxlanılır. Müsahibə mərhələsində sualların asan və ya çətin olması əsas şərt deyil. Əsas olan azyaşlıların sözügedən dildə bacarıqlarını yoxlamaqdır”. 

Ekspert bildirib ki, ölkəmizdə tədricən digər bölmələrin ləğv edilməlidir: “Hesab edirəm ki, ölkəmizdə tədris yalnız Azərbaycan dilində aparılmalıdır. Bunun üçün fəaliyyət planı hazırlanmalı, bir neçə il ərzində tədricən digər bölmələr aradan qaldırılmalıdır”. 

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar