iyn
2023
13:57
131

“Sərhədlərin təhlükəsizliyi ən yüksək səviyyədə təmin edilir”

8 iyn, 2023
13:57
131

“Sərhədlərin təhlükəsizliyi ən yüksək səviyyədə təmin edilir”

“Hazırda Azərbaycan davamlı inkişaf edir və şübhəsiz ki, sərhəd xidmətinin təşkilində də yeniliklər tətbiq edilir”.

Den.az
APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev Bakıda MDB Sərhəd Qoşunlarının Komandanları Şurasının 86-cı iclasında çıxışı zamanı bildirib.
Prezidentin köməkçisi bildirib ki, sərhədlərin təhlükəsizliyi ən yüksək səviyyədə təmin edilir.

Məhərrəm Əliyev xatırladıb ki, 44 günlük Vətən müharibəsinin nəticəsində Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan öz torpaqlarını işğaldan azad edib.

Prezidentin köməkçisi diqqətə çatdırıb ki, sərhəd xidmətinin təşkil edilməsi, real çağırışlar əsasında təhlükəsizliyin təminatı böyük işlər tələb edir və MDB ölkələrinin müvafiq qurumları bu vəzifənin öhdəsindən uğurla gəlir.

DSX rəisi, general-polkovnik Elçin Quliyev diqqətə çatdırıb ki, Azərbaycan Dövlət Sərhəd Xidməti həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığın ikitərəfli, regional və beynəlxalq səviyyədə həyata keçirilməsinə və inkişafına böyük əhəmiyyət verir:

“Qonşu ölkələrin sərhəd qurumları ilə qarşılıqlı fəaliyyəti təşkil etmək məqsədilə Rusiya, Qazaxıstan, Türkmənistan, Gürcüstan, Türkiyə və İranın nümayəndələri ilə görüşlər və məsləhətləşmələr keçirilir, gələcək əməkdaşlığın yeni forma və üsulları nəzərdən keçirilir. Nümunə olaraq Xəzər dənizində rusiyalı və qazaxıstanlı həmkarlarla birgə əməliyyat-profilaktik tədbirlərin keçirilməsi təcrübəsini qeyd etmək istərdim. Sərhəd gəmilərinin qarşılıqlı dostluq səfərləri həyata keçirilir, sərhəd nəzarəti və əməliyyat orqanlarının xətti ilə işçi görüşlər keçirilir, Azərbaycan-Rusiya dövlət sərhədində demarkasiya işləri uğurla davam etdirilir, operativ məlumat mübadiləsi aparılır və Azərbaycan-Ermənistan dövlət sərhədində yaranan məsələlərlə bağlı əlaqələndirmə aparılır”.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar