Xəbərin Kateqoriyası: Xəbərlər

Bakıda minlərlə insan bir yerə yığışacaq – FOTO + VİDEO


Bakıda on altı yaşdan yuxarı olan minlərlə insan bir yerə yığışacaq.

Oxu.Az xəbər verir ki, onlar Bakının məşhur məkanı “Elektra Events Hall”da bir araya gələcəklər.


Buna səbəb isə türk estradasının gənc və istedadlı ulduzlarının konsert proqramı ilə çıxış etməsidir.


Belə ki, “İncir” mahnısı ilə milyonların qəlbini fəth etmiş İlyas Yalçıntaş və dünya standartlarında olan mahnıları ilə cazibədar Aynur Aydının ifaları sevənlərini bir yerə toplayacaq.

Dörd minə yaxın insanın toplaşacağı konsertə biletlər isə 30 manatdan başlayır. 
Sevilən və dillər əzbəri olan mahnıları ilə pop musiqi sevənləri heyran etməyi planlaşdıran ifaçılar daha sonra estafeti DJ Bulut Gürsoya ötürəcəklər.


Səhərə kimi olan “After Party” isə hər kəsin ürəyincə olacaq.



Qeyd edək ki, “Şirin su”nun baş sponsorluğunu etdiyi konsert 1 aprel tarixində, saat 20:00-da keçiriləcək. Yazın gəlişini isti musiqilərlə hiss etmək və yaya hazırlaşmaq üçün fürsətdən yararlanın.

Biletləri şəhərin mərkəzi kassalarından və  www.ticket.az saytından əldə edə biləriniz. Əlavə məlumat üçün isə  (070) 288 70 07 nömrələri ilə əlaqə saxlayın.











скачать dle 11.1смотреть фильмы бесплатно

Oxşar Xəbərlər

Rəylər


Ad:*
E-Mail:
Təhlükəsizlik kodunu daxil edin: *
Okunamayan kodu yenilemek üçün şəklin üstüne tıklayınız