Xəbərin Kateqoriyası: Xəbərlər

Marsa arılar göndəriləcək


NASA mütəxəssisləri Mars planetinə qanadla təchiz olunmuş kəşfiyyatçı robotlar göndərməyi planlaşdırır.

Oxu.Az “Science Alert”ə istinadən xəbər verir ki, “mars arıları” adlandırılan uçan robotlar qırmızı planetin atmosfer təzyiqi barədə məlumatlar toplayacaq.

Mars arıları eyni zamanda planetdə reqolit (qrunt qalıqları) nümunələrini götürəcək.

Tərtibatçıların dediyinə görə, robotlar qrup şəklində tapşırıqlar yerinə yetirəcək və vaxtaşırı elektrik qidası almaq üçün təhkim olunduqları mars roverinə qayıdacaq.

Hal-hazırda mütəxəssislər layihənin texniki mərhələsini həyata keçirir. Onlar uçan robotların mars atmosferi şəraitində aerodinamikasını öyrənmək üçün, sınaqlarda vakum kamerasından istifadə etməyi planlaşdırır.

Mütəxəssislərin təbirincə, həqiqi arını təqlid edən aparat, kifayət qədər yüksək yükqaldırma qabiliyyətinə malik olacaq. Tərtibatçılar eyni zamanda qanadların özülünə yaylar quraşdırmaqla enerji sərfiyyatını  ən aşağı səviyyəyə çatdırmağı planlaşdırır.

Bundan başqa hər hansı robot qəzaya uğrayıb düşsə, digər “arılar” onu qaldırıb bazaya daşıya biləcək.


 скачать dle 11.1смотреть фильмы бесплатно

Oxşar Xəbərlər

Rəylər


Ad:*
E-Mail:
Təhlükəsizlik kodunu daxil edin: *
Okunamayan kodu yenilemek üçün şəklin üstüne tıklayınız