iyn
2023
15:54
187

Mirzoyan və Bayramovun Vaşinqton görüşü bu səbəbdən təxirə salındı

8 iyn, 2023
15:54
187

Mirzoyan və Bayramovun Vaşinqton görüşü bu səbəbdən təxirə salındı

Ermənistan-Azərbaycan xarici işlər nazirlərinin Vaşinqtonda keçirilməsi planlaşdırılan görüşü Bakının xahişi ilə təxirə salınıb.

Den.az xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb. 

"Nəzərinizə çatdırırıq ki, Azərbaycan tərəfinin xahişi ilə gələn həftə Vaşinqtonda keçirilməsi nəzərdə tutulan müzakirələrin növbəti mərhələsi təxirə salınır". Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.

Onun sözlərinə görə, görüşün tarixi yaxın gələcəkdə açıqlanacaq.

Xatırladaq ki, iclas iyunun 12-nə təyin edilmişdi.

Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar