Xəbərin Kateqoriyası: Xəbərlər

“Facebook”dan 87 milyon istifadəçinin məlumatları sızıb

 

“Facebook” şirkətinin rəhbərliyi  xəta nəticəsində şəxsi məlumatları “Cambridge Analytica” şirkətinə ötürülən sosial şəbəkə istifadəçilərinin sayını açıqlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə “Gazeta.ru” məlumat yayıb.

“Hesab edirik ki, başlıca olaraq ABŞ-da yaşayan 87 milyondan çox “Facebook” istifadəçisinin məlumatları”  “Cambridge Analytica” şirkətinə  ötürülüb” deyə şirkətin rəsmi bloqunda dərc olunmuş məlumatda deyilir.

Bundan əvvəl Avropa komissiyasının ədliyyə məsələləri üzrə nümayəndəsi Vera Yurova  50 milyon istifadəçinin şəxsi məlumatlarının oğurlanması qalmaqalına görə “Facebook” şirkətinə qarşı sərt ölçülərin qəbul olunacağını xəbərdar edib.

Paralel olaraq ABŞ-da Massaçusets ştatının baş prokurorluğu hər iki şirkətin rəhbərliyinə qarşı istintaqa başlayıb.

Xatırladaq ki, iki həftə əvvəl sosial şəbəkə fəalları və blogerlər “Facebook” hesablarının kütləvi şəkildə bağlanması üzrə “deletefacebook” fleşmobunu işə salıb.

Kütləvi virtual aksiyaya “Cambridge Analytica” şirkətinin  50 milyondan çox “Facebook” istifadəçisinin şəxsi məlumatlarından öz məqsədləri üçün icazəsiz istifadə etməsi haqqında xəbərlərin yayılması təkan verib.

İddiaya görə, Donald Trampa aid şirkətin mənafeyindən çıxış edən “Cambridge Analytica” seçicilərin nəyə üstünlük verdiyini araşdırıb və bunun əsasında seçicilərin siyasi seçimlərinin təhlili alqoritmini ərsəyə gətirib.

скачать dle 11.1смотреть фильмы бесплатно

Oxşar Xəbərlər

Rəylər


Ad:*
E-Mail:
Təhlükəsizlik kodunu daxil edin: *
Okunamayan kodu yenilemek üçün şəklin üstüne tıklayınız