iyn
2023
19:07
184

Putin 2024-cü il seçkilərində iştirak edəcək? - Peskov AÇIQLADI

8 iyn, 2023
19:07
184

Putin 2024-cü il seçkilərində iştirak edəcək? - Peskov AÇIQLADI

"Putin 2024-cü il seçkilərində iştirak edib-etməyəcəyini dərhal açıqlayacaq".

Den.az xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Seçki kampaniyasının başlanğıcı da daxil olmaqla, seçkilərin öz qrafiki var. Bu, vaxtında elan olunacaq, bizi qabaqlamağa ehtiyac yoxdur”, - Kreml sözçüsü vurğulayıb.

Putin Federal Məclisdəki çıxışı zamanı 2024-cü ildə keçiriləcək prezident seçkilərinin qanunlara tam uyğun olaraq keçiriləcəyini diqqətə çatdırıb.

Rusiya Federasiyası Kommunist Partiyasının lideri Gennadi Züqanov bildirib ki, siyasi qüvvə 2024-cü ildə keçiriləcək prezident seçkilərində öz namizədini irəli sürəcək.

Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar