Xəbərin Kateqoriyası: Xəbərlər

Ağalarov Dövlət dumasının təşəbbüsünə qarşı çıxdı

 

“Krokus Qrup” şirkətinin vitse-prezidenti, “Vegas” ticarət-əyləncə kompleksləri şəbəkəsinin rəhbəri Emin Ağalarov  Dövlət dumasının ticarət mərkəzlərində kinoteatrların aşağı mərtəbələrə köçürülməsi təşəbbüsünə qarşı çıxıb.

Oxu.Az xəbər verir ki, Ağalarov bu təşəbbüsün həyata keçirilməsinin faktiki olaraq mümkünsüz olduğunu vurğulayıb.

Onun sözlərinə görə, kinoteatr zalları üçün tələb olunan hündür tavan yalnız komplekslərin yuxarı mərtəbələrində olur.

Ötən gün Moskvanın daha bir ticarət mərkəzində, bu dəfə “Persey dlya detey” kompleksində yanğın baş verib. Hadisə nəticəsində bir nəfər həlak olub, bir neçə nəfər yaralanıb.

“Birincisi, bu praktiki olaraq gerçəkləşməsi mümkünsüz olan bir təşəbbüsdür, belə ki, tavanın hündür olması tələb olunduğundan son mərtəbələr məhz kinoteatrlar üçün tələb olunan ölçülərə uyğun layihələndirilib. Ölkədə komplekslərin böyük əksəriyyəti bu sxem üzrə inşa edilib” deyə Ağalarov “RNS”ə verdiyi müsahibədə bildirib.

Ağalarov bildirib ki, biznes nöqteyi-nəzərindən ticarət mərkəzinin son mərtəbələrində olan obyektlərin icarəsinə tələb o qədər də yüksək olmur. Ona görə də, kinoteatrların ora yerləşdirilməsi hesabına həmin mərtəbələrdə ziyarətçilərin sayında canlanma yaradırlar.

 Ağalarov bunun bir dünyəvi praktika olduğunu diqqətə çatdırıb.

“Yanğın təhlükəsizlik qaydalarına əməl olunmursa, yanğın zamanı ticarət mərkəzini tərk etmək, istər birinci olsun, ya üçüncü, ya beşinci, heç fərqi yoxdur, istənilən mərtəbədə eyni dərəcədə təhlükəlidir” deyə Ağalarov bildirib.

скачать dle 11.1смотреть фильмы бесплатно

Oxşar Xəbərlər

Rəylər


Ad:*
E-Mail:
Təhlükəsizlik kodunu daxil edin: *
Okunamayan kodu yenilemek üçün şəklin üstüne tıklayınız