iyn
2023
12:23
187

Ərdoğanın Azərbaycana səfərinin tarixi bəlli oldu

9 iyn, 2023
12:23
187

Ərdoğanın Azərbaycana səfərinin tarixi bəlli oldu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hər dəfə olduğu kimi, bu dəfə də ilk səfər ənənəsinə sadiq qalıb.

Den.az xəbər verir ki, qardaş ölkənin Prezidentinin ilk səfər edəcəyi ölkə Şimali Kipr Türk Respublikası (ŞKTC) olacaq. "Şimali Kiprə səfəri zamanı Prezident Ərdoğan ŞKTC Prezidenti Ersin Tatarla görüşəcək, - deyə "Yeni Şafak" yazır.

Qeyd edilir ki, Ərdoğan yeni dövr üçün xarici səfərlərinə simvolik start verir. Ənənəsini pozmayan Prezident Ərdoğan iyunun 12-də "Geniş Anadolu coğrafiyası" adlandırılan ŞKTC-dən sonra, iyunun 13-də Azərbaycana səfər edəcək: "Bir gün sonra Ərdoğanın dayanacağı qardaş Azərbaycan olacaq. Prezident Ərdoğan iyunun 13-də Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevlə görüşəcək. Bu səfər zamanı iki Prezident Qafqazda sülh və sabitlik haqqında mesajlar verəcəklər", - deyə qəzet yazır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar