iyn
2023
16:34
204

Ağstafa məktəbində biyabırçılıq, şagirdlərə verilən cəza hər kəsi hiddətləndirdi..

9 iyn, 2023
16:34
204

Ağstafa məktəbində biyabırçılıq, şagirdlərə verilən cəza hər kəsi hiddətləndirdi.. - FOTO

Məktəbdə nizam-intizam və davranış qaydalarını pozan şagirdlərə qırmızı kart verilib və onlar açıq aşkar sosial şəbəkələrdə payılaşılıb. Şagirdlərin fotolarının təhsil müəssisəsinin sosial media hesabında paylaşılması ciddi müzakirələrə səbəb olub.

Den.az -ın yerli bürosu xəbər verir ki, Ağstafa rayon Dağ Kəsəmən kənd 2 saylı orta məktəbində yaxşı oxuyan, davranış qaydaları normal olan şagirdlərə yaşıl kart, yaxşı oxumayan, nizam-intizamı pozan şagirdlərə isə qırmızı kart verilib. Qırmızı kart alan şagirdlərin fotoları məktəbin “Facebook” səhifəsində paylaşılıb.

Məktəbdə yaxşı oxumayan, nizam-intizamı pozan şagirdlərə bu formada cəzanın tətbiq edilməsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Məsələni daha dəqiq aydınlaşdırmaq üçün Təhsil Nazirliyinin Qazax-Tovuz Regional Təhsil İdarəsinə müraciət etdik.

Qurumun ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Nəcibə Vəliyeva Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ nəzarətə götürülüb.
Onun sözlərinə görə, müvafiq şəxslərin izahatı alınıb:

Qeyd edək ki, “Şəkillər məktəbin sosial media hesabından çıxarılıb”.

 Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar