Xəbərin Kateqoriyası: Xəbərlər

Politoloq: Bizdən əl çəkin, biz neytralıq!

 

Qoşulmama Hərəkatına üzvlüyü bir kəlmə ilə ifadə etmək olar: “Bizdən əl çəkin, biz neytralıq!”

Oxu.Az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

O xatırladıb ki, Azərbaycan 2011-ci ildən Qoşulmama Hərəkatının tamhüquqlu üzvüdür, 2019-2022-ci illər ərzində isə Qoşulmama hərəkatına sədrlik edəcək. 

Onun sözlərinə görə, Azərbaycan vaxtilə Qoşulmama Hərəkatına ona görə üzv oldu ki, bir daha beynəlxalq aləmə balanslaşdırılmış xarici siyasət yürütdüyünü təsdiq etsin. 

“Bu siyasət Azərbaycanı təhlükələrdən qorumalıdır.

Azərbaycan nə Qərbin Rusiyaya, nə də Rusiyanın Qərbə qarşı planlarında yer almaq istəyir.

Qoşulmama Hərəkatına üzvlüyü bir kəlmə ilə ifadə etmək olar: “Bizdən əl çəkin, biz neytralıq!”

Qoşulmama Hərəkatı Qarabağ məsələsində Azərbaycanı dəstəkləyir. Bu da rəsmi Bakı üçün vacibdir.

Buna baxmayaraq, kiçik dövlət üçün balanslaşdırılmış xarici siyasət yürütmək çətindir.

Çünki hər bir böyük dövlət onun yanında olmasını istəyir və böyük dövlətlərin fərqli maraqlarını uzlaşdırmaq çətindir.

Məsələn, biz nə qədər Rusiyaya desək ki, biz Rusiya əleyhinə Qərbin heç bir layihəsində yer almırıq, Rusiya gəlib burnumuzun dibində hərbi dəniz donanmasını yerləşdirir və onun imkanlarını genişləndirir.

Və ya Rusiya Ermənistana İsgəndər raketlərini verir ki, bu raketlər Azərbaycanla sərhəddə yerləşdirilsin. Halbuki, Azərbaycanın Ermənistana hücum etmək planı yoxdur.

Yəni, balanslaşdırılmış xarici siyasət də bizi mövcud təhlükələrdən sığortalamır”, - deyə politoloq sözlərinə əlavə edib.

скачать dle 11.1смотреть фильмы бесплатно

Oxşar Xəbərlər

Rəylər


Ad:*
E-Mail:
Təhlükəsizlik kodunu daxil edin: *
Okunamayan kodu yenilemek üçün şəklin üstüne tıklayınız