iyn
2023
19:32
167

Nazir ikinci "sağlam məhəllə"nin açılışında iştirak etdi - FOTO

9 iyn, 2023
19:32
167

Nazir ikinci "sağlam məhəllə"nin açılışında iştirak etdi - FOTO

"Bu gün biz Gəncədə mövcud olan Olimpiya kompleksində quraşdırılan bir neçə idman qurğusu ilə tanış olduq. Bilirsiniz ki, biz məktəb şagirdlərinə üzməyi öyrədirik. Bir test layihəsi həyata keçirdik və 4 həftə ərzində üzməyi öyrənən şagirdlərin yarışını təşkil etdik. Burada hakimlər tərəfindən qaliblər müəyyən edildi".

Bu fikirləri Den.az-a açıqlamasında Gənclər və İdman naziri Fərid Qayıbov deyib. O bildirib ki, artıq ikinci "sağlam məhəllə"nin açılışı Gəncədə baş tutub. Bundan öncə isə belə bir məhəllə Bakıda yaradılıb.

Nazir əlavə edib ki, Zaqatala və Sabirabad rayonlarında da "sağlam məhəllə"lərin açılışı baş tutacaq. Məqsəd isə əhalini kütləvi idmana təşviq etməkdir.

Fərid Qayıbov əhalinin bu layihəyə maraq göstərdiyini, müxtəlif yaş qrupundan olan insanların idmana cəlb olunduğunu diqqətə çatdırıb. Azərbaycanda bu cür məhəllələri açmaq üçün iş adamlarının və şirkətlərin dəstəyi lazımdır. Onların köməyi ilə bu cür layihələr daha da genişləndiriləcək.



Den.az 

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar