10 
iyn
2023
14:21
185

Türkiyədə raket zavodunda yanğın: Ölənlər var

10 iyn, 2023
14:21
185

Türkiyədə raket zavodunda yanğın: Ölənlər var

Ankara yaxınlığında Maşınqayırma və Kimya Sənayesi (MKE) müəssisəsinə məxsus raketlər və onlar üçün döyüş başlıqları istehsal edən zavodda yanğın baş verib.

Den.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Qeyd olunub ki, fabrik Elmadağ rayonunda, yaşayış məntəqələrindən uzaqda, dağlıq ərazidə yerləşir. Obyektin üzərində tüstü görünməzdən əvvəl partlayış səsi eşidilib.

Məlumata görə, partlayış nəticəsində 5 işçi həlak olub.

Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları göndərilib.

Mənbələrin məlumata görə, partlayış istehsalat müəssisəsində baş verib. Hazırda yanğının söndürülməsi davam etdirilir.
Hadisənin səbəbləri barədə hələ ki, məlumat yoxdur. konkret.az
[media=

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar