10 
iyn
2023
20:59
221

Qazaxıstanda meşə yanğınları: Ölənlərin sayı artır

10 iyn, 2023
20:59
221

Qazaxıstanda meşə yanğınları: Ölənlərin sayı artır

Xilasedicilər Qazaxıstanın Abay vilayətində (ölkənin şərqində) baş vermiş iri meşə yanğını nəticəsində həlak olmuş daha 11 nəfərin meyitini tapıblar.
Bununla da, təbii fəlakət qurbanlarının ümumi sayı 14 nəfərə çatıb.
Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, onların şəxsiyyəti müəyyənləşdirilir.
Xatırladaq ki, daha əvvəl itkin düşən 3 meşə təsərrüfatı əməkdaşının cəsədi tapılıb.
Qeyd edək ki, hazırda Qazaxıstanın şərqindəki Abay rayonunda meşə yanğınları davam edir. Təbii fəlakətin sahəsi 60 min hektardan çoxdur.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkədə günlərdir davam edən meşə yanğınları fonunda Yuri İlini Fövqəladə Hallar Nazirliyinin rəhbəri vəzifəsindən azad edib.
Mənbə: TASS


Bizimlə əlaqə saxlayın

Çox oxunanlar