10 
iyn
2023
21:27
403

Sumqayıtda şəhid qardaşı ölümcül döyülüb-FOTO

10 iyn, 2023
21:27
403

Sumqayıtda şəhid qardaşı ölümcül döyülüb-FOTO


 Sumqayıtda bir nəfərin ağır bədən xəsartləri alması ilə nəticələnən döyülmə hadisəsi olub.

“Den.az” xəbər verir ki, qanlı hadisənin şəhərin Gecə qondu məhəlləsi adlanan ərazisinə yaxın avtomobillərin təmiri mərkəzinin qarşısında baş verdiyi bildirilir.

Ölümcül döyülən şəxs 2 ci Qarabağ döyüşlərində şəhid olan Səlimxan Bayramovun  2002-ci il təvəlüdlü qardaşı Bayramov Sərcuk Vüqar oğludur. Davanın şəhid qardaşı ilə obyekt sahibinin avtomobili düzgün park edilməməsi üstündə baş verdiyi idda olunur.

Hadisə nəticəsində Sərcuk  Bayramov bədənindən və baş nahiyəsindən müxdəlif dərəcəli ağır xəsarətlər alıb. Yaralı dərhal Sumqayıt şəhər TTYX-nın Travmatologiya şöbəsinə çatdırılıb. Həkim nəzarəti altında reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin kim və ya kimlər tərəfindən, nə üçün törədildiyi hələki məlum deyil. 

Faktla bağlı araşdırma aparılır


Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar