11 
iyn
2023
10:46
502

Kürdəmirdə baş verən qətlin təfərrüatları məlum olub

11 iyn, 2023
10:46
502

Kürdəmirdə baş verən qətlin təfərrüatları məlum olub

Kürdəmirdə qətl  hadisəsi baş verib.55 yaşlı rayon sakini 46 yaşlı həmyerlisinə “Makarov” tipli tapança ilə 3 güllə xəsarəti yetirərək onu qətlə yetirib.

DEN.AZ xəbər verir ki,Hadisə rayonun 69-cu məhəlləsi adlanan ərazisində qeydə alınıb.Belə ki,aralarında yaranan mübahisə zəminində rayonun Muradxan kənd sakini əvvəllər məhkum olunmuş 1968-ci il təvəllüdlü İslamov Cümşüd Rizvan oğlu rayonun Sor-Sor kənd sakini hazırda Bakı şəhərində yaşayan 1977-ci il təvəllüdlü Məmmədov Müşviq Cümşüd oğluna “Makarov” tipli tapança ilə üç güllə xəsarəti yetirib.Yarlalı dərhal ətrafdakı insanların köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və əməliyyata alınıb.Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb və o elə xəstəxanada dünyasını dəyişib.Onun meyidi müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib.Hadisəni törədən Cümşüd İslamov isə rayon polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.Ondan cinayət aləti olan “Makarov” tapançası aşkar olunaraq götürülüb.Hazırda ailə hadisənin şokunu yaşayır. Qeyd edək ki,  mərhum Müşviq Məmmədov Bakı şəhərindən Kürdəmirə oğlunun sabah Mingəçevir şəhərində baş tutacaq magistrtura imtahanında iştirk etmək üçün gəlmişdi.Bu gün axşam saatlarında isə məlum hadisə baş verib.Hazırda Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

DEN.AZ

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar