11 
iyn
2023
15:09
637

MEHDİABADDA QƏTLİ TÖRƏDƏN ŞƏXS FHN-NİN ƏMƏKDAŞI İMİŞ? FOTO-VİDEO

11 iyn, 2023
15:09
637

MEHDİABADDA QƏTLİ TÖRƏDƏN ŞƏXS FHN-NİN ƏMƏKDAŞI İMİŞ? FOTO-VİDEO


 Ötən gün Abşeron rayonun Mehdiabad qəsəbəsində baş verən qətlin bəzi təfərrüatları məlum olub.

“Den.az” saytı xəbər verir ki, iddiaya görə hadisəni törətməkdə şübhəli bilinərək saxlanılan 1991-ci il təvəllüdlü Hüseyn Məmməd oğlu Qasımov FHN-nin Maddi Texniki Təminat İdarəsinin mühafizə xidmətinin əməkdaşı olub.

Hadisəyə gəlincə , ötən gün Mehdiabad qəsəbəsində fəaliyyət göstrən Qarabağ şadlıq sarayında tərəflərin iştirak etdi toy məclisi olub.  Şahidlərin verdiyi məlumata görə, öldürülən şəxs toya qardaşının əvəzində gəlibmiş. Eks qayın onu məclisdə görən zaman əsəblərinə hakim ola bilməyib. İlk mübahisə şadlıq evində olub. Sonrada dava yaxınlıqda olan Ülvü restoranının qarşısında davam edib. Sultan Əliyev xeyli vaxt imiş ailəsindən boşanıbmış və buna görə alimentdə ödəmirmiş. Keçmiş qaynına da məhz buna görə heç vaxt aliment ödəməyəcəyini bildirib . Daha sonra onu söyüşlə təhqir edib. Qarşı tərəf isə cibində gəzdirdiyi bıçaqla keçmiş yenəsinə bir neçə ağır zərbələr vurub. Sultan Əliyev çox qan itirdiyindən elə hadisə yerində ölüb.

Hüseyn Qasımov isə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb edilib.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalara davam etdirilir

Qeyd edək ki, Hüseyn Qasımov FHN-nin Maddi Texniki Təminat İdarəsinin mühafizə xidmətinin əməkdaşı olub. 











Den.az 

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar