11 
iyn
2023
21:39
461

Xırdalan məktəbində ibtidai sinif müəlliminə verilən qızıl komplektlə bağlı araşdırma başlanıldı

11 iyn, 2023
21:39
461

Xırdalan məktəbində ibtidai sinif müəlliminə verilən qızıl komplektlə bağlı araşdırma başlanıldı



Abşeron-Xızı regional Təhsil idarəsi Xırdalan şəhər 1 nömrəli tam orta məktəbinin ibtidai sinif müəllimi barəsində yayılan video görüntüyə münasibət bildirib

Den.az xəbər verir ki, adı çəkilən qurum bu gün öz sosial media hesablarında baylaşım edib.

Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbin 4-cü siniflərin buraxılışı ilə əlaqədar keçirilmiş tədbirdə çəkilmiş video görüntülərlə bağlı bildiririk ki, Abşeron-Xızı Regional Təhsil İdarəsi olaraq sözügedən məktəbin ibtidai sinif müəllimi Yaqut Ağamalıyevanın müəllim nüfuzuna xələl gətirən davranışını qınayır və belə halların yolverilməz olduğunu bir daha vurğulayırıq.

Məsələ ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, sosial şəbəkələrdə adıçəkilən məktəbin 4-cü sinfinin müəllimi Yaqut Ağamalıyevaya valideynlərin qızıl əşyalar hədiyyə etməsini özündə əks etdirən görüntülər yayılıb.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar