24 
may
2023
19:14
206

Dünyanın ən varlı adamı bir gündə 11 milyard dollar itirdi

24 may, 2023
19:14
206

Dünyanın ən varlı adamı bir gündə 11 milyard dollar itirdi

Dünyanın ən varlı adamı, “Louis Vuitton Moët Hennessy” (LVMH) şirkətlər qrupunun sahibi Bernar Arno səhmlərin düşməsi səbəbindən bir gündə 11,2 milyard dollar itirib.

Məlumata görə, Parisdə yerləşən “Euronext” birjasında LVMH səhmləri mayın 23-də keçirilən ticarət zamanı beş faiz ucuzlaşıb.

Xatırladaq ki, Arno 2022-ci ilin ən zəngin iş adamıdır. O, LVMH səhmlərinin düşməsindən sonra da bu statusu qoruyub saxlayıb - onun sərvəti 191,6 milyard dollardır.
Mənbə: Bloomberg

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar