12 
iyn
2023
13:23
159

Bu şəxslər işlədiyi yerdən əlavə pul ala bilər - RƏSMİ

12 iyn, 2023
13:23
159

Bu şəxslər işlədiyi yerdən əlavə pul ala bilər - RƏSMİ

Bəzi müəssisə və qurumlarda normal iş rejimi ilə yanaşı gecələr də iş olur. Təcili yardım, polis, market və digər yerlərdəki növbəli iş rejimini misal götstərmək olar.

Den.az xəbər verir ki, Əmək Məcəlləsinə görə, 22:00-dən 06:00-ya qədər müddət gecə vaxtı sayılır. Nazirlər Kabinetinin qərarına əsasən, həm gecə çalışdığına, həm də çoxnövbəli işrejiminə görə işçiyə əlavə pul ödənilməlidir.

Əmlak qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov isə ATV-yə bildirib ki, gecə vaxtı yerinə yetirilən işə görə saatlıq tarif maşının 20 faizi, çoxnövbəli işin axşam növbəsində hər saatına görə 20 faiz, gecə növbəsinə görə 40 faiz miqdarında əlavə ödəniş ödənilməsi nəzərdə tutulub.

Dövlət Əmək Müfəttişliyi Xidmətindən isə açıqlanıb ki, əmək hüquqları pozulan işçilər quruma, 142 çağrı mərkəzinə, istənilən DOST mərkəzinə müraciət edə bilər.
https://www.youtube.com/watch?v=NB0g7uOqw3Q

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar