12 
iyn
2023
15:46
152

Yol qəzasında şəhid ailəsinin üzvləri xəsarət aldı

12 iyn, 2023
15:46
152

Yol qəzasında şəhid ailəsinin üzvləri xəsarət aldı

Naxçıvanın Babək rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Den.az  xəbər verir ki, hadisə bu gün Babək rayon Badaşqan kəndi ərazisində qeydə alınıb. Qəza nəticəsində Babək rayon Yarımca kənd sakinləri 1977-ci il təvəllüdlü Vəliyeva Kifayət Musa qızı, 1977-ci il təvəllüdlü Zehirova Mahirə Rza qızı, 1967-ci il təvəllüdlü Vəliyeva Mahirə Rza qızı və 2019-cu il təvəllüdlü Vəlizadə Fərid İbrahim oğlu xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər, vəziyyətləri stabildir.

Məlumata görə, xəsarət alan Fərid Vəlizadə Vətən müharibəsi şəhidi İbrahim Vəlizadənin oğlu, Kifayət Vəliyeva şəhidin anasıdır.

Faktla bağlı araşdırma aparılır.//APA

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar