12 
iyn
2023
18:22
432

Abşeron-Xızı Regional Təhsil İdarəsindən müəllimlərə qızıl-zinət əşyalarının verilməsi ilə bağlı AÇIQLAMA

12 iyn, 2023
18:22
432

Abşeron-Xızı Regional Təhsil İdarəsindən müəllimlərə qızıl-zinət əşyalarının verilməsi ilə bağlı AÇIQLAMA

Sosial şəbəkələrdə Abşeron rayonu Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbin dördüncü sinif və Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin birinci sinfinin tədris ilinin yekunu ilə əlaqədar keçirilmiş tədbirləri ilə bağlı videogörüntülər yayımlanıb.

Den.az xəbər verir ki, Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən hər iki məsələ ilə bağlı xidməti araşdırma aparılıb. Araşdırmanın nəticəsi ilə bağlı bildirilib ki, 10.06.2023-cü il tarixində Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Yaqut Ağamalıyevanın, 11.06.2023-cü il tarixində Abşeron rayonu Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Cəlalə Abdullayevanın iştirakı ilə tədbir keçirilib. Tədbirlə bağlı yayılan videogörüntülərdə valideynlər tərəfindən ibtidai sinif müəllimlərinə qiymətli hədiyyənin təqdim olunması əks edilib.

Qeyd edək ki, bu tipli tədbirlərin təşkilinə ciddi nəzarətin olmamasına görə Abşeron rayonu Xırdalan şəhər 1 və 9 nömrəli tam orta məktəbin direktorları barəsində intizam tənbehi tədbiri tətbiq olunub.  Eyni zamanda müəllimlərlə söhbət aparılıb.

Bildiririk ki, sözügedən hərəkətlər müəllimlərin etik davranış qaydalarını, xüsusilə ictimai etimad prinsipini pozmaqla müəllimin peşə nüfuzuna xələl gətirir. 

Qeyd edək ki, ümumi təhsil müəssisələrində müəllimlərin peşə fəaliyyətinə zidd olan belə hallara yol verilməməsi ilə bağlı dəfələrlə məktəb rəhbərlərinə təlimat və tapşırıqlar verilib, bu və ya digər hallarla əlaqədar müxtəlif cəza tədbirləri həyata keçirilib.

Göstərilən  halların yenidən baş verməməsi üçün valideynləri belə təşəbbüslərdən çəkinməyə çağırırıq.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar