12 
iyn
2023
18:43
190

Binəqədi Rayon Məhkəməsi hakim Zamiq Bağırovla bağlı yayılan məlumatlara münasibət bildirdi

12 iyn, 2023
18:43
190

Binəqədi Rayon Məhkəməsi hakim Zamiq Bağırovla bağlı yayılan məlumatlara münasibət bildirdi

Binəqədi Rayon Məhkəməsi hakim Zamiq Bağırovun yaşayış kompleksində liftin idarəetmə lövhəsindəki hissəni qırması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Den.az xəbər verir ki, məhkəmədən e-huquq.az-a verilən məlumatda deyilir:

"Bu gün bəzi media orqanlarında və sosial şəbəkələrdə Binəqədi Rayon Məhkəməsinin hakimi Zamiq Bağırovun barəsində şəxsi zəmində baş vermiş məişət hadisəsi ilə bağlı məlumatlar yayılıb.
Yayılan məlumatlarla əlaqədar bildiririk ki, aidiyyəti üzrə müvafiq araşdırmalar aparıldıqdan sonra nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Həmçinin, ictimaiyyəti və media nümayəndələrini həqiqətə uyğun olmayan, təqibedici, dəqiqləşdirilməmiş, hakimin və məhkəmə hakimiyyətinin nüfuzuna zərbə vura biləcək, eləcə də şəxsin icazəsi olmadan ona məxsus fərdi məlumatları yaymamağa çağırırıq".

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar