12 
iyn
2023
23:55
301

Qubada 4 nəfərin xəsarət alması ilə nəticələnən yanğın hadisəsi baş verib

12 iyn, 2023
23:55
301

Qubada 4 nəfərin xəsarət alması ilə nəticələnən yanğın hadisəsi baş verib - FOTO

Quba rayonunun Dərk kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evində yanğın olub.
Den.az xəbər verir ki, bu barədə Fövqəladə hallar Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki. evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 40 m² olan tövlənin yanar konstruksiyaları yanıb.
"Yanğın zamanı 4 nəfər xəsarət alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - deyə məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar