13 
iyn
2023
10:30
141

Jurnalistika üzrə magistr olmaq istəyənlərin NƏZƏRİNƏ!

13 iyn, 2023
10:30
141

Jurnalistika üzrə magistr olmaq istəyənlərin NƏZƏRİNƏ!

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarının jurnalistika üzrə ixtisaslaşmalarına qəbul üçün keçirilən qabiliyyət imtahanında iştirak etmək istəyən namizədlərə müraciət edib.

DİM-dən Den.az-a verilən məlumata görə, cari ildə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanında 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və ixtisaslaşma seçiminə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq üçün müraciət edə bilərlər.


Müsabiqə şərtlərini ödəyən və magistratura səviyyəsinə jurnalistika ixtisaslaşmaları üzrə qəbul olmaq istəyən bakalavrlar 2023-cü il iyunun 13-dən 16-dək Mərkəzin internet saytının müvafiq səhifəsində (https://eservices.dim.gov.az/erizemag/jurnalistikaanket) sorğu anketini doldurmaqla qeydiyyatdan keçməlidirlər (iyunun 11-də keçirilən imtahanda iştirak etmiş şəxslər (1-ci cəhd imtahanında müvafiq nəticəsi olmayanlar) imtahan nəticələri elan olunduqdan sonra müsabiqə şərtlərini ödədikləri halda qeydiyyatdan keçə bilərlər).
Namizədlər 2023-cü il iyunun 19-da “Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edib götürməli və 2023-cü il iyunun 20-dən etibarən vərəqədə göstərilən vaxtda qabiliyyət imtahanında iştirak etməlidirlər.

Qabiliyyət imtahanında iştirak ödənişlidir. Bakalavrlar qeydiyyatdan keçmək üçün Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən xüsusi qabiliyyət tələb edən ixtisaslara tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanı üçün müəyyən olunan məbləği (30 AZN) şəxsi kabinetlərindəki hesablarına əlavə etməlidirlər. Həmin məbləğ qeydiyyat zamanı bakalavrın “Şəxsi kabinet”inin hesabından çıxılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar