13 
iyn
2023
10:52
161

Lerikdə külli miqdarda nakotik vasitələr AŞKARLANDI

13 iyn, 2023
10:52
161

Lerikdə külli miqdarda nakotik vasitələr AŞKARLANDI

Lerikdə külli miqdarda müxtəlif növ nakotik vasitələr aşkarlanıb.

Bu barədə Den.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, Lerik Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Piran kənd sakini Əliməhəmməd Şirvanov saxlanılıb. Şəxsi axtarış zamanı ondan metametamin aşkarlanaraq götürülüb.

Əməliyyat tədbirlərinin davamı nəticəsində Ə.Şirvanovun həmin psixotrop maddəni Lənkəran sakini, əvvəllər məhkum olunmuş Pərviz Həsənovdan əldə etdiyi müəyyən edilib və sonuncu da polis əməkdaşları tərəfindən saxlanılıb. P.Həsənovun yaşadığı evdən və avtomobilindən ümumilikdə 360 qram heroin, 116 qram tiryək və 100 qrama yaxın metamfetamin aşkarlanaraq götürülüb.

Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Lerik RPŞ-də araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar