13 
iyn
2023
15:30
157

Naxçıvanla Türkiyə arasındakı sərhəd açılıb - ÖZƏL

13 iyn, 2023
15:30
157

Naxçıvanla Türkiyə arasındakı sərhəd açılıb - ÖZƏL

Türkiyədə təhsil alan azərbaycanlı tələbələr Naxçıvan vasitəsilə ölkəyə gələ bilərlər.

Den.az-ın xəbərinə görə, bu barədə Cebhe.info-nun sorğusuna cavab olaraq Azərbaycanın Türkiyədəki səfirliyindən deyilib.

Bildirilib ki, Naxçıvan sərhədi birtərəfli qaydada açıqdır. Sərhədin hansı müddətə qədər açıq qalacağı bilinmir.

Xatırladaq ki, koronavirus pandemiyası səbəbindən Azərbaycanın quru sərhədləri 2020-ci ildən bağlıdır.

Lakin müəyyən vaxtlarda Türkiyədə təhsil alan tələbələrin və onların ailə üzvlərinin ələbə biletini təqdim etməklə zəruri icazə olmadan quru sərhədləri vasitəsilə Azərbaycan Respublikasına daxil olmalarına icazə verilib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar