13 
iyn
2023
16:30
145

“Manatın məzənnəsinə təsir edən ən ciddi faktor...” - Açıqlama

13 iyn, 2023
16:30
145

“Manatın məzənnəsinə təsir edən ən ciddi faktor...” - Açıqlama

“Manat 2017-ci ildən etibarən məzənnəsini qoruyub saxlayır. Bu və bütövlükdə makro-iqtisadi sabitliyin gözlənilməsi əsas məqsədlərdəndir”.



Den.az xəbər verir ki, bunu Bakupost.az -a açıqlamasında iqtisadçı-deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, manatın məzənnəsinə təsir edən ən ciddi faktor ölkəyə daxil olan valyutanın həcmidir. Bu isə birbaşa neftin dünya bazarı qiyməti ilə bağlıdır. Manatın məzənnəsi Mərkəzi Bankın qərarından asılıdır. Növbəti dövrlərdə də bu, belə olacaq:

“Manatın məzənnəsinə təsir edən amillər var. Neftin qiyməti, qonşu ölkələrdə valyutaların dəyəri, eləcə də Türkiyədə milli valyutanın dəyərinin kəskin azalmasını da nəzərə alaraq Azərbaycan Mərkəzi Bankı çalışır ki, valyuta bazarına olan təsirləri minimuma endirsin. Əsas məqsədi ondan ibarətdir ki, bütövlükdə məzənnənin qorunması prosesi davam etdirilsin”.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar