Xəbərin Kateqoriyası: Xəbərlər

Heyli: Əsəd rejimi azı 50 dəfə kimyəvi silahdan istifadə edib

 

ABŞ hələ ki, Suriyaya zərbələrin endirilməsi ilə bağlı qərar qəbul etməyib.

Oxu.Az xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bildirib.

“Ancaq ABŞ və müttəfiqləri Suriyaya hərbi müdaxilə etmək qərarına gəlsə, bu bizim hər birimizin razılaşdığı prinsiplərin, bütün ölkələrin xeyrinə olan əsas beynəlxalq normaların müdafiəsi məqsədilə həyata keçiriləcək”, - deyə diplomat bildirib.

ABŞ daimi nümayəndəsinin sözlərinə görə, ABŞ-ın hesablamalarına görə Suriya hökuməti vətəndaş müharibəsi ərzində azı 50 dəfə kimyəvi silahdan istifadə edib.

“ABŞ hesablamalarına görə, Əsəd rejimi Suriya müharibəsi ərzində azı 50 dəfə kimyəvi silahdan istifadə edib. Dünya ictimaiyyətinin təxminlərinə görə isə, bu göstərici 200-ə yaxındır”, - deyə Heyli vurğulayıb.

скачать dle 11.1смотреть фильмы бесплатно

Oxşar Xəbərlər

Rəylər


Ad:*
E-Mail:
Təhlükəsizlik kodunu daxil edin: *
Okunamayan kodu yenilemek üçün şəklin üstüne tıklayınız