14 
iyn
2023
00:12
314

Millimizlə matça 8 itki ilə çıxacaqlar

14 iyn, 2023
00:12
314

Millimizlə matça 8 itki ilə çıxacaqlar

Avro-2024-üç seçmə mərhələsində növbəti oyununu Azərbaycan yığmasına qarşı keçirəcək Estoniya millisi oyuna ciddi itkilərlə çıxacaq.
Den.az Estoniya Futbol Federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, komandanın 8 üzvü millimizlə oyunu buraxacaq.
Yoonas Tam şəxsi səbəblərə görə millidən kənarda qalıb. Sabiq “Qəbələ”li Sergey Zenyov, eləcə də Artur Pikk, Maksim Paskoçi, Morko Lipp, Ken Kallaste, Henrik Pürq, Markus Soomets isə zədəli olduğu üçün iyun ayında keçiriləcək oyunlarda meydana çıxa bilməyəcək.
Qeyd edək ki, iyunun 17-də Bakıda Azərbaycan millisinin qonağı olacaq Estoniya yığması iyunun 20-də evdə Belçikanı qəbul edəcək.




Bizimlə əlaqə saxlayın

Çox oxunanlar