14 
iyn
2023
00:32
250

Salyan yolunda avtomobili təhlükəli vəziyyət idarə etdi, görün sonra nə oldu..

14 iyn, 2023
00:32
250

Salyan yolunda avtomobili təhlükəli vəziyyət idarə etdi, görün sonra nə oldu.. - FOTO/VİDEO

Təhlükəli vəziyyəti görən sürücülərdən biri həmin anı lentə alıb.
Sürücünün sözlərinə görə, Salyan rayonu ərazisində olan stasionar postdan sonra qarşısında hərəkət edən minik avtomobilindəki sərnişin ayağını çölə çıxarıb.
Kadrları izləyən Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev deyir ki, bu, kobud qayda pozuntusudur.
Həmin vaxt avtomobilin yaxınlığından digər bir nəqliyyat vasitəsi sürətlə keçərdisə bu sərnişinin həyatı üçün təhlükə yarada bilərdi.
Şöbə rəisi onu da bildirdi ki, sosial şəbəkələrdə və internet portallarında yayılan bu cür videolar dərhal nəzarətə götürülür və sürücü tez bir zamanda aşkar edilir.
Qeyd edək ki, belə faktlara görə, sürücüyə sərnişindaşıma qaydasını pozduğu üçün 40 manat, sərnişinə isə təhlükəsizlik qaydalarına əməl etmədiyi üçün 30 manat məbləğində cərimə nəzərdə tutulur.
Daha ətraflı "Xəzər Xəbər"in süjetində:

https://www.youtube.com/watch?v=hN6OsXtzWGA

Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar