14 
iyn
2023
01:43
172

Rusiya hərbçiləri Ukraynada dini xadimi qətlə yetirdi

14 iyn, 2023
01:43
172

Rusiya hərbçiləri Ukraynada dini xadimi qətlə yetirdi

Rusiya hərbçiləri Ukraynanın Xerson vilayətini atəşə tutmaqda davam edir.
Belozerka yaşayış məntəqəsinə növbəti artilleriya zərbəsi endirilib ki, bu da yerli kilsənin həyətinə tuş gəlib.
Nəticədə kilsənin 72 yaşlı keşişi həyatını itirib.
Bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak məlumat verib.
“Rusiya ordusu Belozerkanı artilleriyadan atəşə tutub, zərbə kilsənin həyətinə tuş gəlib və keşişi öldürüb… Həmçinin 76 yaşlı qadın da yaralanıb”, - deyə o qeyd edib.
Yermakın sözlərinə görə, Rusiyanın zərbələri nəticəsində dörd yaşayış binası, poçt şöbəsi, inzibati binalar, mərkəzi meydan və mühüm infrastruktur obyektləri zədələnib.
Xerson vilayət prokurorluğundan bununla bağlı araşdırmaya başlandığı bildirilib.
“Daha bir qadın xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Yaralıların sayı dəqiqləşdirilir”, - deyə prokurorluqdan məlumat verilib.
Mənbə: UNİAN


Bizimlə əlaqə saxlayın

Çox oxunanlar