14 
iyn
2023
10:36
147

Azərbaycan, Türkiyə və Gürcüstan birgə təlim keçirdi

14 iyn, 2023
10:36
147

Azərbaycan, Türkiyə və Gürcüstan birgə təlim keçirdi

Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə Bakıda “Eternity-2023” kompüter dəstəkli komanda-qərargah təlimi keçirilib.

Bu barədə Den.az-a Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində keçirilən təlimdə strateji əhəmiyyətli, regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqlar icra edilib.

Qeyd edək ki, beynəlxalq təlimin keçirilməsində əsas məqsəd hər üç ölkənin silahlı qüvvələri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və uzlaşmanın təmin edilməsidir.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar