14 
iyn
2023
12:21
148

Bu məcburi köçkünlərə verilən “çörəkpulu” dayandırılır

14 iyn, 2023
12:21
148

Bu məcburi köçkünlərə verilən “çörəkpulu” dayandırılır

Minlərlə məcburi köçkün dövlət tərəfindən onlara verilən vahid aylıq müavinətdən məhrum olacaq. 

Den.az xəbər verir ki, Yenisabah.az-ın əldə etdiyi məlumata görə, VÖEN-i olan və sahibkar kimi fəaliyyət göstərən məcburi köçkünlərə dövlət tərəfindən verilən “çörəkpulu” avqust ayından etibarən dayandırılacaq. Bununla bağlı Hesablama Palatasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etdiyi bildirilir. 

Məlumata görə, vahid aylıq müavinətdən məhrum olacaq məcburi köçkünlərin sayı təxminən 50 min nəfəri əhatə edəcək. Onların arasında dərzi, bərbər, ofisiant, pinəçi, satıcı və taksi fəaliyyətilə məşğul olan şəxslər də var. 

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar