14 
iyn
2023
13:58
148

"Çox vəzifəyə yox demişəm, vəzifəm olsa, ölərəm" - ​Bəhram Bağırzadə

14 iyn, 2023
13:58
148

"Çox vəzifəyə yox demişəm, vəzifəm olsa, ölərəm" - ​Bəhram Bağırzadə

"Mən çox vəzifələrə yox demişəm, deyirəm, deyəcəm də".

Den.az xəbər verir ki, bunu Bəhram Bağırzadə "Söz söhbət" verilişində deyib. O qeyd edib ki, ona çox vəzifələr təklif edilib, lakin bunu istəməyib:

"Artıq mənim vəzifəm var, mən azad insanam. İstəyirəm şərf, şlyapa taxıram, maraqlı corablar geyinirəm, azadam. Mən məmur, nazir ola bilmərəm. Mən vəzifəli şəxs ola bilmərəm. Həmin gün ölərəm, sönərəm. Gedib haradasa oturmaq istəmirəm".

Bəhram Bağırzadə həmçinin tez-tez rus dilində yazdığına görə tənqid edilməsindən də danışıb:

"Mən rus dilində danışan azərbaycanlıyam. Rusdilli deyiləm, rus mədəniyyətli deyiləm. Onların mədəniyyətinə çox böyük hörmətim var. Çünki mən Dostoyevskidən, Tolstoydan tərbiyə almışam. Vacib deyil ki, sən hansı dildə danışırsan. Əsas sənin millətinə xeyirindir.

Mən uşaqlıqda Azərbaycan dilində danışmışam. Tez- tez mənə sual verirlər ki, niyə rusca status yazmısınız? Çünki ingilis dilini bilmirəm. O dili bilsəydim, statuslarım ingilis dilində olardı. Müharibə vaxtı da mənim işim bu idi. Sosial şəbəkələrdə mübarizə aparırdım".

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar