14 
iyn
2023
14:30
151

Azərbaycanda fəhlələri daşıyan mikroavtobus qəzaya uğradı: xəsarət alanlardan biri uşaqdır

14 iyn, 2023
14:30
151

Azərbaycanda fəhlələri daşıyan mikroavtobus qəzaya uğradı: xəsarət alanlardan biri uşaqdır

Xaçmaz rayonunda fəhlələri daşıyan avtomobil qəzaya düşüb.

Den.az report-a istinadən xəbər verir ki, hadisə Xaçmaz-Quba yolunda qeydə alınıb.

Belə ki, "Ford” markalı mikroavtobusla KIA markalı minik avtomobili toqquşublar.

Nəticədə 1964-cü il təvəllüdlü Gülnarə Güloğlan qızı Xanəliyeva, 2016-cı il təvəllüdlü Şəlalə Əliağa qızı Tağıyeva, 1974-cü il təvəllüdlü Vəsilə Məlikməmməd qızı İmamova və 2001-ci il təvəllüdlü Rizvan Qurban oğlu Talıbov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Onların rayonda yerləşən bağlardan birinə fəhlə kimi işləməyə getdikləri bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar