14 
iyn
2023
16:20
176

Azərbaycanda tanınmış professor vəfat etdi - FOTO

14 iyn, 2023
16:20
176

Azərbaycanda tanınmış professor vəfat etdi - FOTO

Görkəmli alim, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya ölkələri şöbəsinin müdiri, iqtisad elmləri doktoru Dünyamalı Vəliyev dünyasını dəyişib.

Den.az xəbər verir ki, bu barədə AMEA-dan məlumat verilib.

Bildirilib ki, D.Vəliyev 81 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, D.Vəliyev 1942-ci ildə Borçalı mahalının Qasımlı kəndində anadan olub. Onun iqtisadiyyat elminin inkişafında xüsusi xidmətləri olub. 12 kitabın, o cümlədən "Türkiyənin dövlət maliyyəsi və sosial-iqtisadi inkişafı", "Qloballaşma şəraitində Azərbaycanın beynəlxalq bazarlara inteqrasiyası: təmayüllər, problemlər, perspektivlər", "Türkiyə. Turqut Ozal və iqtisadi möcüzələr", "Azərbaycanın qlobal iqtisadiyyata inteqrasiyası", 
“Türk dünyası qlobal iqtisadi inkişaf yollarında” və digər kitab və dərsliklərin, 60-dan çox elmi məqalənin müəllifi idi. Bakı, Moskva, Kiyev, Tbilisi, Ankara, İstanbul, Bursa, Trabzon, Tehran, Tokio, Heidelberq şəhərlərində keçirilmiş konfrans, simpozium və seminarlarda Azərbaycan elmini layiqincə təmsil edib.



Bizimlə əlaqə saxlayın

Çox oxunanlar