14 
iyn
2023
17:40
197

Misir Mərdanov rüşvət alıb? - VİDEO

14 iyn, 2023
17:40
197

Misir Mərdanov rüşvət alıb? - VİDEO

“Misir Mərdanov bütün fəaliyyəti dövründə heç kimdən rüşvət almayıb. Harada işləmişəmsə, çalışmışam ki, düzgün işləyim, vətənimə, xalqıma, millətimə xidmət edim və etmişəm də. Mən bu gün onun nəticəsini görürəm. Hara gedirəmsə, mənə hörmətlə yanaşırlar. Həmin dövrdə məndən çoxlu yazanlar da, yazdıranlar da olub. O dövrdə böyük vəzifə tutan adamlar hesab edirdilər ki, niyə Misir Mərdanov gələndə hamı ayağa durur, ancaq bizə salam vermirlər”.

Den.az xəbər verir ki, bu sözləri SÖZ.AZ-ın “5 sual” rubrikasında qonaq olan sabiq təhsil naziri, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov deyib.

M.Mərdanov nazir vəzifəsində çalışdığı zaman aldığı əmək haqqından da danışıb:

“Mən dövlətin siyasi vəzifəsində işləyirdim. Son dövrlər ayda 3 min manata yaxın əmək haqqı alırdım, o maaşla ailəmi dolandırırdım. Nazir vəzifəsinə keçəndə rektor idim. Anam nazir olmağıma razı deyildi. Hərdən haqqımda mənfi şeylər yazılanda anam eşidirdi, deyirdi ki, “sənə dedim axı getmə, istəmirəm sənin haqqında mənfi nələrsə danışsınlar”. Atam vəzifədə olduğu üçün belə şeylərə başqa cür baxırdı. Aza da, çoxa da qane olmuşuq. Mən və ailə üzvlərim, övladlarım cəmiyyətdə adi adamların ailə üzvlərindən, övladlarından heç zaman seçilməyiblər. Bu gün uzun illər dövlət qulluğunda olduğuma görə böyük təqaüd alıram. Təqüdüm yenə artıb. 4 500 – 4600 manat təqaüd alıram. Eyni zamanda AMEA-nın müxbir üzvüyəm, oradan da 1 200 manat alıram. 1000 manat da buradakı əmək haqqımdır”.

Misir Mərdanovun təhsil, məktəblər, dərsliklər, müəllimlər, imtahan sistemi, qiymət artımı haqda fikirləri ilə daha ətraflı aşağıdakı videomaterialdan tanış ola bilərsiniz:


Bizimlə əlaqə saxlayın

Çox oxunanlar