12 
iyl
2023
00:51
228

Cəlilabadın Şiləvəngə kəndində park salınır

12 iyl, 2023
00:51
228

Cəlilabadın Şiləvəngə kəndində park salınır -FOTO


Cəlilabad rayonunun Şiləvəngə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təşkilatçılığı ilə Şiləvəngə kəndində park salınır.

Den.az-ın yerli bürosunun məlumatına görə, rayonun simasının daha da gözəlləşməsi və müasirləşməsi, əhalinin rahatlığının təmin edilməsi istiqamətində Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən davamlı olaraq abadlıq-quruculuq işləri aparılır, yaşıllıq sahələri, abad məhlələr salınır. 

Görülən işlər çərçivəsində Cəlilabad Rayon İcra Hakimimiyyəti başçısının Şiləvəngə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təşkilatçılığı ilə Şiləvəngə kəndində sakinlərinin asudə vaxtlarını səmərəli keçirmələri üçün park salınır.

Artıq ərazidə gecə işıqlandırılması işləri yekunlaşmış, parkda təmizlik və abadlıq işləri aparılır.
Yeni salınan parkda  uşaq oyun-əyləncə meydançası və oturacaqların  quraşdırılması nəzərdə tutulur. Həmçinin parkda yaşıllıq zolaqları salınacaq, o cümlədən   müxtəlif növ ağaclar, yeni dekorativ gül-çiçək kolları əkiləcəkdir.


Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar