20 
iyn
2023
16:58
140

Mehman Alməmmədovun 2 milyona yaxın borcu var imiş - Həbs edildi

20 iyn, 2023
16:58
140

Mehman Alməmmədovun 2 milyona yaxın borcu var imiş - Həbs edildi

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti külli miqdarda vergini dövlət büdcəsindən yayındıran tanınmış sahibkarı həbs edib.

Qurumdan Den.az-a verilən məlumata görə, xüsusilə külli miqdarda vergiləri dövlət büdcəsindən yayındıran iş adamı Mehman Allahverdi oğlu Alməmmədov məsuliyyətə cəlb edilib:

"Gürcüstanın Marneuli rayonunda anadan olmuş, Azərbaycan vətəndaşı Mehman Alməmmədov vergi ödəyicisi kimi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyata alınmış "Caspi LTD” MMC, "OCEAN-2017” MMC, "Tersavuu” MMC, "Hentomm” MMC, "Uğur Servis-H” MMC, "Simus Trade" MMC, "Klassik Trade Group" MMC, "Artech” MMC, 12 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyata alınmış "Firat Ticarət” MMC, "Malibu Finans” MMC; 6 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyata alınmış "Volta-M” MMC, "Koressa” MMC, "Qrand Reklam” MMC, "Kvazi S” MMC; 2 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyata alınmış "Grand Star” MMC və "Proqress-SV” MMC-lərin faktiki rəhbəri olub. Adıçəkilən sahibkarın digər şəxslərlə birgə rəhbərlik etdiyi 16 müəssisə üzrə aparılan cinayət işinin istintaqı zamanı xüsusilə külli miqdar təşkil edən vergilərin – 1 milyon 597,7 min manat vəsaitin dövlət büdcəsinə ödəməkdən yayındırıldığı məlum olub. Bu səbəbdən, Mehman Alməmmədovun Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilib. Lakin istintaqdan yayındığı üçün axtarışa verilib və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib”.

Bildirilib ki, cinayət işi üzrə aparılan istintaq yekunlaşaraq, ittiham aktı Baş Prokurorluğa təqdim olunub, oradan isə ittiam aktı təsdiq edilərək baxılması üçün məhkəməyə göndərilib. Yasamal Rayon Məhkəməsinin 10.01.2022-ci il tarixli hökmü ilə M.Alməmmədov Mehman Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Həmçinin, Suraxanı Rayon Məhkəməsinin 06.12.2022-ci il tarixli hökmü ilə o, digər bir cinayət işi üzrə CM-nin 213.2.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il sahibkarlıq sahəsində vəzifə tutma, 3 il azadlıqdan məhrumetmə cəzasına əvvəlki cəza əlavə olunaraq, ümumilikdə 2 il 6 ay müddətində sahibkarlıq sahəsində vəzifə tutma hüququndan məhrum edilməklə 6 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Qeyd edək ki, M.Alməmmədov bir neçə il əvvəl paytaxt ərazisində quldurluq cinayətinə məruz qalmışdı. Ona hücum edən şəxs 190 min manatını götürərək qaçmışdı.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar