21 
iyn
2023
17:11
126

Metro və Avtobuslarda artıq ödənişləri telefon vasitəsi ilə ödəyə bilərsiz - VİDEO

21 iyn, 2023
17:11
126

Metro və Avtobuslarda artıq ödənişləri telefon vasitəsi ilə ödəyə bilərsiz - VİDEO

İctimai nəqliyyatda gediş haqqını ödəmək üçün yeni üsul olan "BakıKart" mobil tətbiqini təqdim edib.

Den.az xəbər verir ki, artıq "BakıKart" mobil tətbiqi ilə nəyinki "BakıKart" plastik kartınızın balansını artıra, hətta plastik karta ehtiyac olmadan gediş haqqını mobil telefonunuz vasitəsi ilə ödəyə biləcəksiniz.

"BakıKart" tətbiqini həm "Android" həm də "iOS" əməliyyat sistemini dəstəkləyən mobil cihazınıza yükləyə bilərsiniz. "BakıKart" tətbiqində qeydiyyatdan keçmək üçün indi "qeydiyyatdan keç" bölməsinə keçid edirik.
Mobil nömrəmizi və şifrəmizi daxil edirik. Şərtləri qəbul edərək qeydiyyat düyməsini sıxırıq. Mobil nömrəmizə gələn kodu daxil edərək qeydiyyatı tamamlıyırıq. Qeydiyyatdan keçdikdən sonra hesabımıza daxil olmaq üçün mobil nömrəmizi və şifrəmizi qeyd edərək "Daxil ol" düyməsini sıxırıq.
Balansın artırılması:

"BakıKart" öz istifadəçilərinə iki balans artırılması imkanını təklif edir: Pul kisəsi və "BakıKart" plastik kartı
Pul kisəsinin balansını artırmaq üçün ödəmə bölməsində pul kisəsinə yükləmək düyməsini seçirik. Müvafiq məbləği yazırıq yüklə düyməsini sıxırıq və bank kartı məlumatlarını qeyd etdikdən sonra ödənişi təsdiq edirik.

Qr kod Bileti:
"BakıKart" plastik kartına ehtiyac olmadan gediş haqqını mobil tətbiqdə yaradılan QR bilet vasitəsilə də ödəyə bilərsiniz. Bunun üçün QR bölməsinə keçib, QR yaradın düyməsini sıxdıqdan sonra bir gedişlik QR bilet yaradılır. QR bilet yaradılarkən pul kisəsinin balansında bir gediş üçün minumum 1 manat olduğuna əmin olun. Belə ki QR bilet yaradıldıqda pul kisəsinin balansından 1 manat bloklaşdırılır və QR biletdən ictimai nəqliyyatda istifadə etdikdən sonra gediş haqqı məbləği bloklaşdırılan məbləğdən çıxılır və geriyə qalan məbləğ pul kisəsinə qaytarılır. Gediş haqqını ödəmək üçün yaradılmış QR bileti avtobuslarda yerləşən oxuma cihazın kamerasına və ya metroda turnikedin üzərində yerləşən kameraya yaxınlaşdırmaq lazımdır.

Diqqət hər bir QR kod unikaldı. 1 gediş üçün keçərlidir və yaradıldığı andan 5 dəqiqə ərzində etibarlıdır. QR bilet 5 dəqiqə ərzində istifadə edilmədiyi təqdirdə qüvvəsini itirir və bloklaşdırılan məbləğ yalnız 72 saat ərzində pul kisəsinə geri qaytarılır.
[media=]

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar