24 
iyn
2023
23:15
176

İstanbulda silahlı dava olub, 1 nəfər ölüb

24 iyn, 2023
23:15
176

İstanbulda silahlı dava olub, 1 nəfər ölüb - FOTO

Türkiyənin İstanbul şəhərində iki nəfər arasında yaranan mübahisə qısa müddətdə silahlı davaya çevrilib.
Den.az "Haber Global"a istinadən xəbər verir ki, hadisə zamanı bir nəfər güllələnərək öldürülüb.
İddialara görə, Yunus Əmrə Məhəlləsi 374 küçəsində iki nəfər arasında silahlı dava zamanı Vahit Y. Özer Ç-yə atəş açmağa başlayıb. Bir müddət sonra ətrafdakıların müdaxiləsi ilə Vahit Y. zərərsizləşdirilib.
Bu zaman güllə ilə vurulan Özer Ç. Vahit Y.-nin silahını götürərək atəş açıb.
Hadisə yerinə polis və tibb işçiləri gəlib.
Vahit Y. hadisə yerindən qaçıb, Özer Ç. isə həyatını itirib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar