iyl
2023
10:25
333

Dağlıq ərazidə tur ovlayan şəxs saxlanılıb

5 iyl, 2023
10:25
333

Dağlıq ərazidə tur ovlayan şəxs saxlanılıb -FOTO

İsmayıllı rayonunda, dağlıq ərazidə tur ovlayan şəxs saxlanılıb.

Bu barədə"Den.az"ın Şimal bürosuna Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat daxil olub.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı İsmayıllı rayonu, Burovdal kəndi yaxınlığındakı dağlıq ərazidə tur ovlayan şəxs saxlanılıb.

Xidmət rəsmisi Xaliq Mirzəyev bildirib ki, araşdırma zamanı qanunsuz ov edən şəxsin İsmayıllı rayonu, Candahar kənd sakini Rövşən Cavadov olduğu müəyyən edilib.

“Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb”.

 Aydın Adıgözəlov
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar