iyl
2023
15:26
173

İranda qətl edilən Orxan Əsgərovun ailəsinə qanpulu veriləcək? - AÇIQLAMA

5 iyl, 2023
15:26
173

İranda qətl edilən Orxan Əsgərovun ailəsinə qanpulu veriləcək? - AÇIQLAMA

“İrandakı səfirliyimizə edilən hücumun həm mənəvi, həm maddi, həm də siyasi tərəfi var”.

Den.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.


O, yanvarın 27-da Tehrandakı səfirliyimizə edilən hücumdan sonra istintaq prosesinin yekunlaşmasından danışıb.
Qeyd edək ki, İran qanunvericiliyinə əsasən, məhkəmə cinayətkarın cəzalandırılmasından, konkret olaraq qisas hüququ, yəni edamdan əlavə, həyatını itirən səfirlik əməkdaşı Orxan Əsgərovun ailəsinə qanpulunun verilməsi barədə qərar qəbul edə bilər.
C. Məmmədovun fikrincə, bu məsələdə Azərbaycanın mövqeyi qəti, aydın və konkretdir:
“Bu mövqe isə ondan ibarətdir ki, istintaq tam obyektiv aparılmalı və bu barədə aidiyyəti tərəflərə məlumat verilməli idi. Yəni bu prosesdə bir çox suallar vardı ki, hələ də onlar cavab axtarırdıq. Cənab Prezident dəfələrlə bu məsələyə çox geniş şəkildə toxunmuşdu. Söhbət İran polisinin buna heç bir reaksiya verməməsi, eləcə də baş verən hadisələrə seyrçi qalması, cinayəti törədən adamın anında həbs olunmaması, televiziya qarşısına çıxarılması və s.-dən gedir. Bir çox məqamlar var və məsələ yalnız qanpulu verməklə bitəcək deyil”.
“Onda istənilən insan gedib cinayət törətsin, sonra da gəlib qanpulunu verib desin ki, mən bununla canımı qurtardım. Bu məsələ belə deyil və Azərbaycan tərəfinin buna təbii ki, cavabı olacaq. Bir yanaşma da ondan ibarətdir ki, bu, çoxdetallı və geniş şəkildə araşdırılmalı idi. Cinayətin arxasında kimlər durursa, bu konkretləşdirilməli və Azərbaycan tərəfinə bu barədə ətraflı və geniş məlumat verilməli idi”, – deyə deputat əlavə edib.

“İndi onlar deyir ki, biz qanpulu verməyə hazırıq və bununla da məsələ bitəcək və s. Xeyr, məsələ bununla bitməyəcək. Proses sona kimi davam etməlidir. Yəni bunun arxasında duranlar, əmri verənlər və hadisənin baş vermə anının suallarına aydınlıq gətirilməlidir. Hətta Azərbaycan tərəfinin bu proses obyektiv aparılması ilə bağlı müəyyən narahatlıqları var idi. Ölkə başçısının və Xarici İşlər Nazirliyinin açıqlamaları Azərbaycanın terror aktı ilə bağlı mövqeyini tam əks etdirdi və bu barədə İran tərəfinə çox ciddi mesajlar və məlumatlar verildi”, – deyən Milli Məclis üzvü diqqətə çatdırıb ki, bu gün İran ciddi cəhdlə Azərbaycanla münasibətləri normallaşdırmağa çalışır:

“İranın xarici işlər nazirinin dəfələrlə Bakıya zəng etməsi və müəyyən mesajlar verməsi açıq-aydın şəkildə göstərir ki, rəsmi Tehran normallaşmada maraqlıdır. Lakin bu, səmimi və real olmalıdır. Əgər İran bu gün Azərbaycanla münasibətlərin səmimi olmasında maraqlıdırsa, niyə İran ərazisində oturub Azərbaycan əleyhinə çıxışlar edən, Azərbaycan hökumətini təhdid edən şəxsləri həbs edib Azərbaycana vermir? Hətta bir müddət onları həbs etdi və sonra azadlığa buraxdı.

Burada kompleks məsələlər çoxdur və İran daha çox imitasiya ilə məşğuldur, münasibətlərdə isə səmimi deyil”.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar