iyl
2023
11:28
159

Bakı metrosunda dava düşüb - Saxlanılanlar var

6 iyl, 2023
11:28
159

Bakı metrosunda dava düşüb - Saxlanılanlar var

Ötən gün Bakı metrosunda dava düşüb.

Den.az bildirir ki, bu barədə görüntülər BAKU.WS-ə daxil olub.


Məlumata görə, hadisə metronun “Əhmədli” stansiyasında qeydə alınıb.

Hadisə ilə əlaqədar Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, iyunun 5-də metronun Əhmədli stansiyasında   polis əməkdaşları təhlükəsizlik qaydalarına uyğun olaraq sərnişin olan iki qadından əl çantalarını xüsusi yoxlama aparatına yerləşdirməyi tələb ediblər. Onlar polisin qanuni tələbinə tabe olmaq istəməyərək qışqırmaqla ictimai asayişi pozmağa cəhd ediblər:

“Daha sonra hadisə yerinə qadınların qohumları yaxınlaşaraq polisə müqavimət göstərməyə çalışıblar. İctimai qaydanı pozan və polisin qanuni tələbinə tabe olmayan şəxslər saxlanılıblar. Onlar barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib”.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar